img
img

Xaricdə Təhsil | Xaricdə Təhsilin Üstünlükləri

img
Xaricdə Təhsil

Xaricdə Təhsil | Xaricdə Təhsilin Üstünlükləri

Xaricdə təhsil haqqında ətraflı məlumat axtarırsınız? Xaricdə təhsilin üstünlükləri sizi maraqlandırır? Eləysə bu məqaləmiz sizin üçündür

Xaricdə Təhsil
Bir çox gəncin arzusu xaricdə təhsil almaqdır. Son illərin statistikasına nəzər salsaq xaricdə təhsil almaq istəyən tələbələr hər gün artmaqdadır. Xaricdə təhsil almaq istəyən tələbələrneyni zamanda oxumaq istədiyi ölkənin mədəniyyətini, təbiətini, incəsənətini, tarixi yerləri və bir çox özləliklərini öyrənmək imkanına sahib olur. 
Azərbaycanda da hər il minlərlə tələbə oxumaq üçün xaricə üz tutur, lakin ölkəmizdə yetərincə savadlı, yüksək potensiala malik gənclərimiz xarici ölkələrdə təhsil almaq istəsələr də maddi imkanları buna yol vermir. Bunun üçün Azərbaycan Respublikasında 2007-2015-ci illərdə qəbul olunmuş qanuna əsasən xarici ölkələrdə təhsil üzrə dövlət proqramlarının imkanlarından, həm də beynalxaq stipendiya proqramlarının imkanlarından tələbələrin yararlamaq şansları vardır.
Ancaq bu imkanlardan yararlanmaq istəyən tələbələr tələb olunan imtahanlardan uğurlu nəticələr əldə etməkləri vacibdir.

Xarici təhsilin üstünlükləri nələrdən ibarətdir?
1. Keyfiyyətli təhsil
2. Dil biliyinə yiyələnmək, səyahət imkanı
3. Xarici təcrübə əldə etmək s.

Keyfiyyətli təhsil
Tələbə üçün ən vacib amilərdən biri də keyfiyyətli təhsil əldə etməkdir. Öz ixtisası üzrə peşakar pedaqoqlar tərəfindən yüksək texnoloji avadanlıqlarla əhatə olunmuş sinif otaqlarında dərslər tədris olunur. Tələbələrin ölkəmizdə ən çox şikayətləndiyi mövzulardan biri də ölkə universitetlərində yaşlı kadrların çoxluq təşkil etməsi və tələbələrə qiymət baxımından xəsislik etməsidir. Ancaq xarici ölkələrdə isə gənc və peşakar müəllim heyəti tələbələrə dərslər keçirlər. Bununla yanaşı son 3 ildə magistatura təhsili üçün tələbələr xarici ölkələrin təhsilinə üz tutur. Bunun bariz nümunəsi keyfiyyətli təhsilin olmasıdır.

Xarici təcrübə
Xarici universitetlərə daxil olan gənclərin ilk olaraq araşdırdığı məlumatlardan biri də ixtisası üzrə həmin ölkədə uyğun işlərin olmasıdır ki, təhsilini başa vurduqdan sonra həmin ölkədə işləsin. Bir çox Avropa ölkələrində təhsil alan tələbələrimiz artıq həmin ölkələrin real iş praktikası ilə tanış olaraq təhsilini bitirdikdən sonra kariyeralarını qurmağa başlamışlar.

Dil bilikləri
Tələbəyə lazım olan ilkin biliklərdən də biri dil biliyidir. Dil biliyi sayəsində tələbə, həm öz ixtisası üzrə təhsilini yaxşı qavrayır, həm də  ölkədə özlərini daha yaxşı ifadə edə bilirlər. Ekstra dil biliyi tələbənin gələcəyi üçün dəyişilməz önəmli faktordur.

Səyahət etmək imkanı
Hər bir gənc səyahət etməyi, yeni yerləri kəşf etməyi sevir. Bu həm də təhsil aldığı ölkə xarici olduqda tələbənin  daha maraqlı və əyləncəli vaxt keçirməsinə imkan yaradır. Asudə vaxtında şəhərin tarixi, memarlıq, qədim yerlərini görmə imkanı yaradır.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et