img
img

Texnologiya Təhsili üzrə Dünyanın ən Yaxşı 10 Universiteti

img
Xaricdə Təhsil

Texnologiya Təhsili üzrə Dünyanın ən Yaxşı 10 Universiteti

Bu gün inkişaf edən texnologiya həyatımızın bütün sahələrinə sürətlə daxil olduğu halda müasir həyatın ayrılmaz hissəsinə çevrilmişdir. Beləliklə bu vəziyyət təhsilimizə və karyera seçimlərimizə yaxından təsir edir. 
Tələbələrə texnologiya təhsili verən dünyanın ən yaxşı 10 univetsitetləri bunlardır:

1. Stenford Universiteti
1891-ci ildə Kaliforniyanın Palo Alto şəhərində yaradılan universitet təkcə Amerikanın deyil, həmdə texnologiya və mühəndislik sahəsində dünyanın ən yaxşı təhsil müəssisələrindən biridir.

2. Tsinghua Universiteti
Çinin ən prestijli təhsil müəssisələrindən biri olan Tsinghua Universiteti zəngin tədqiqat imkanları, texnologiya və mühəndislik sahəsində müasir laboratoriyaları ilə tələbələrin bacarıqlarını inkişaf etdirə biləcəkləri bir mühit hədəfləyir.

3. Kaliforniya Texnologiya İnstitutu
1891-ci ildə Kaliforniyanın Pasadena şəhərində yaradılan Kaliforniya Texnologiya İnstitutu dünyaca məşhur elm və texnologiya yönümlü tədqiqat universitetlərindən biridir.

4. İmperial College London
Mühəndislik, elm, tibb və biznes də daxil olmaqla 4 əsas sahədə təhsil verən London İmperial Kolleci pensilin kəşfindən tutmuş holoqrafiyaya qədər tarixin inkişafına tövhə verəcək bir çox ixtisaslarla əlaqəlidir. Nobel mükafatı almış 14 təhsil ocaqlarından biridir.

5. İsveçrə Federal Texnologiya İnstitutu
1853-cü ildə İsveçrədə yaradılmış İsveçrə Federal Texnologiya İnstitutu sahibkarlıq və innovasiya yönümlü təhsil sistemi, fərdləşdirilmiş iş yerləri, müasir laboratoriyalar, tədqiqat mərkəzləri və sənaye ilə konkretləşmiş, bu sahələrə aid ixtisaslarla təhsil verməkdədir.

6. Koliforniya Universiteti, Berkeley
Amerikanın texnologiya təhsili üzrə ən yaxşı ictimai tədqiqat universitetlərindən biri olan Koliforniya Universiteti, Berkeley 1868-ci ildə elm və mühəndisliyə yönəlmiş bir təhsil müəssisəsi kimi yaradılmışdır.

7. Massaçusets Texnologiya İnstitutu
1861-ci ildə ABŞ-ın Bostan şəhərində yaradılmış Massaçusets Texnologiya İnstitutu texnologiya təhsili verən dünyanın ən yaxşı universitetlərinin piləsində yer alır.

8. Nanyang Texnoloji Universiteti
Sinqapurda yerləşən Nanyang Texnoloji Universiteti texnologiya təhsili üzrə dünyanın ən yaxşı 10 universitetlərindən biridir. Dünyanın ən gənc tedqiqat universitetlərindən biri olan NTU-də 33 min qeydiyyatdan keçmiş bakalavr və magistr tələbələri mövcuddur.

9. Toronto Universiteti
Xaricdə təhsil almaq istəyən tələbələrin ən çox üstünlük verdiyi ölkələrdən biri olan Kanadada yerləşən Toronto Universiteti hər il mühəndislik fakültəsinə 10 mindən çox tələbə qəbul edir.

10. Danimarka Texniki Universiteti
Avropanın qabaqcıl texniki universitetlərindən biri olan Danimarka Texniki Universiteti 1829-cu ildə Danimarkada yaradılmış və ölkənin ilk politexnik universitetlərindən biridir.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et