img
img

Türkiyədə təhsil - Xaricdə təhsil 2022

img
Xaricdə Təhsil

Türkiyədə təhsil - Xaricdə təhsil 2022

Xaricdə təhsil almaq istədikdə ilk ağıla gələn Türkiyədə təhsil haqqında məlumat, Türkiyədə təhsilin üstünlükləri, Türkiyə universitetlərinə qəbul haqqında ətraflı məlumat bu məqaləmizdə yer alır.

Türkiyə Cumhuriyyəti Anadoluda Balkan yarımadasının cənubunda, Trakyada yer alan ölkədir. Cənubunda Yunanıstan, Şərqində Ermənistan, Şimalında Azərbaycan və onun tərkibində olan Naxçıvana yaxın ərazidə yerləşir. Paytaxtı Ankara olsa da ölkənin əsas mədəni, iqtisadi mərkəzi olan ən böyük şəhəri İstanbuldur. Əhalisinin 70%-i türk, 20%-i kürdlərdən təşkil olunub. Türkiyə Oğuz Anadolu, Osmanlı və Qərb mədəniyyətləri ilə qarşılıqlı zəngin mədəniyyətə sahibdir. Səlçuq və Osmanlı dövründən yaradılmış adət və davranış nümunələri də qorunub saxlanmaqdadır.

Türkiyədə təhsil almağın üstünlükləri:
Dünyanın hər bir ölkəsində eləcə də ölkəmizdən hər il minlərlə tələbə təhsil almaq üçün Türkiyə universitetlərinə üz tutur. Bunun bir neçə səbəbləri vardır;
Son illərdə qonşu ölkəmiz olan Türkiyədə təhsil sürətlə inkişaf edir. Buna görə də hər bir tələbə keyfiyyətli təhsil almaq istəyir. Ən son statistikalara görə dünyanın ən yaxşı univetsitetləri sırasında Türkiyə universitetləri yüksək pillədə yer almaqdadır.

Türkiyədə təhsil şərtləri və xərcləri:
Türkiyənin dövlət univetsitetlərindəki təhsil haqqı Azərbaycan və xarici ölkələrin ödənişindən kifayət qədər aşağıdır. Eyni zamanda ölkəmiz ilə Türkiyə Cumhuriyyəti arasında viza olmaması, ən əsası məsəfə çox yaxın olması Azərbaycan vətəndaşları üçün burada təhsil almaq əlverişlidir.

Türkiyə Universitetlərinə qəbul şərtləri: 
Azərbaycan vətəndaşları Attestatla bakalavr təhsili almaq üçün SAT və ya YÖS imtahanları verməlidir. Magistratura təhsili üçün "GRE" imtahanlar verməlidirlər. Türkiyədəki bir çox ali təhsil müəssisəsində Alman, İngilis və Fransız dili kimi bir çox xarici dildə təlim proqramları təklif edir.

Əcnəbi vətəndaşlar üçün Türkiyədə təhsil almağın üstünlükləri:
Statistikaya görə Türkiyədə təhsil alan əcnəbi vətəndaşların sayı 50 mindən çoxdur.
Seçiminiz Türkiyədə ali təhsil almaqdırsa nəinki gözəl bir ölkə ilə tanış olacaqsınız, həmdə münasib ilik təhsil haqqı ödənişləri ilə peşəkar professorlardan təhsil alacaqsınız. Türkiyə universitetlərinin diplomları Azərbaycan daxil olmaqla dünyanın 30-dan çox ölkəsində tanınır.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et