img
img

YÖS və SAT imtahanlarının fərqi nədir?

img
Kurslar

YÖS və SAT imtahanlarının fərqi nədir?

YÖS imtahanı və SAT imtahanlarının fərqi
Türkiyədə bakalavr təhsili almaq üçün vətəndaşlığı olmayan tələbələrin iştirak etməli olduqları imtahandır. YÖS imtahanı yalnız Türkiyədə verilir və siz bu imtahanı universitetlərin özündə verməlisiniz. Türkiyədə bu imtahanların sayı 6 dəfədir. 
Əvvəlki illərdə iki mərhələdə həyata keçirilən SAT imtahanı son dəyişikliklərlə tək mərhələyə endirilib. Başqa sözlə, tələbələr yalnız SAT 1 (Reacing Test) imtahanında uğur qazandıqda universitetlərə müraciət edə bilərlər. Xüsusilə xaricdə təhsil almaq istəyən tələbələr üçün YÖS imtahanı deyil, SAT imtahanı əhəmiyyətli bir tətbiq gücünə malikdir. Dünyada adından söz etdirən universitetlər SAT imtahanına üstünlük verirlər.

YÖS İmtahanı
Türkiyədəki universitetlərdə təhsil almaq istəyən əcnəbi tələbələrin istifadə etdiyi universitetə ​​qəbul imtahanıdır. YÖS imtahanında uğurlu nəticə əldə edərək Türkiyənin 150-dən çox qabaqcıl universitetinə qəbul ola bilərsiniz. İmtahan yalnız bakalavr pilləsi üçün keçərlidir.

YÖS imtahanında maksimal bal 100 baldır – minimal keçid bal intervalı isə 51-55 bal arası dəyişir. Ümumiyyətlə, 60-dan yuxarı bal topladığınız təqdirdə güzəştli şərtlərlə təhsil ala bilərsiniz.

YÖS imtahanı 2 hissədən ibarətdir:
Məntiq və Riyaziyyat 
Türk dili

Məntiq və Riyaziyyat bölməsində; 45 sual məntiq, 35 sual riyaziyyatdan olur. İmtahanın müddəti 90 dəqiqə ilə 120 dəqiqə arasında dəyişir. 

Təhsil türk dilində olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahanın vaxtı isə 60 dəqiqədir. YÖS imtahanında maksimum balı 100-dür.

SAT İmtahanı Haqqında
CollegeBoard tərəfindən idarə olunan standart testdir və bakalavr məktəblərinə qəbul olmaq istəyən tələbələr tərəfindən verilməlidir. SAT-ın tam forması əvvəllər Scholastic Aptitude Test kimi tanınan Scholastic Assessment Testidir.

SAT İmtahanı nələrdən ibarətdir?
SAT imtahanı 2 bölmədən ibarətdir;
SAT English
SAT Math

İmtahanın ingilis dili hissəsində tələbələr Critical reading, Writing and language test Bölmələri üzrə imtahan olunurlar.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et