img
img

Rus dili haqqında hər şey

img
Kurslar

Rus dili haqqında hər şey

Rus dili haqqında
Rus dili kursları haqqında
Rus dilinin üstünlükləri

Dünyada ən çox danışılan beynəlxalq dillər siyahısında rus dili də xüsusi yer tutur. Rus dilinin ən çox istifadə edildiyi ölkə Rusiya olsada, Rusiya ilə yanaşı Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Moldova, Latviya, Litva, Ermənistan, Estoniya və İsraildə də danışılır. Bu, həm də Rusiyanın davamlı siyasi təsirinə görə Şərqi Avropanın çox hissəsi üçün çox istifadə edilən ikinci dildir.

Rusiya ilə Azərbaycanın iki qonşu dövlət olması onların ticari və sosial əlaqələrinin inkişafına səbəb olub. Bu gün xüsusilə tikinti sektorunda və memarlıqda çalışanlar, Rusiya ilə işləyən inşaat mühəndisləri, iş adamları, ezamiyyətə gedən yüksək səviyyəli məmurlar, Azərbaycanda rus dilini bilmək xüsusilə turizm və tekstil sektorlarında çalışan və işləmək istəyənlər üçün rus dili bir zərurətə çevrilib. Bir çox beynəlxalq şirkətlərdə işə qəbul və yerləşdirmə proseslərində ingilis dili ilə yanaşı, rus dilini mükəmməl bilən şəxslərə də daha çox üstünlük verilir.

Nə üçün Rus dilini öyrənməliyəm?
1. Rus dili hazırda ölkəmizdə ingilis dili ilə yanaşı tələb edilən beynəlxalq dillərdən biridir.
2. Rus dilini öyrənməklə Rusiyayla yanaşı digər MDB ölkələrində də ünsiyyət dilinə yiyələnmiş olacaqsınız..
3. Rus dilini öyrənməklə bir çöx rus dilli bölgələrin mədəni irsini öyrənməyə daha yaxın olacaqsız..
4. Elm və texnologiya sahəsində bir çox mənbələr rusca olduğundan rus dili bu baxımdanda köməyinizə çatacaqdır.

Rus dilini harada öyrənə bilərəm?
Rus dili öyrənmək istəyirsiz, lakin seçim etməkdə çətinlik çəkirsiz? Biz sizə bu mövzuda köməklik göstərəcək ən ideal tədris mərkəziyik. Star College peşəkar kollektivi vasitəsilə beynəlxalq dillərin öyrədilməsində, həmçinin beynəlxalq sertifikatların əldə edilməsində köməklik göstərəcəkdir. 
Bu səbəbdən gecikmədən Bizə Müraciət edərək əməkdaşlarımız tərəfindən pulsuz konsaltinq xidmətindən yararlana bilərsiniz.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et