img
img

Digital Sat Haqqında Tez-Tez Verilən Suallar

img
Kurslar

Digital Sat Haqqında Tez-Tez Verilən Suallar

Son illərdə texnologiyanın inkişaf etməsi, bir çox layihələrin rəqəmsala çevrilməsi College Board SAT imtahanının digital formata keçməsinə şərait yaratmışdır. Nəticədə, son verilən məlumatlara əsasən College Board yerli və beynəlxalq SAT imtahanlarını digital formata keçirəcəyi ilə bağlı rəsmi məlumatları elan etmişdir.
 
Digital SAT imtahanlarının birinci forması beynəlxalq tələbələr üçün 2023-cü ilin yaz imtahanlarında başlayacaqdır. Amerikada Digital SAT isə 2024-cü ildən etibarən başlanması planlaşdırılır.

Digital SAT imtahanı imtahan mərkəzlərində kompüterlər vasitəsilə elektron formada keçiriləcəkdir.
 
Digital SAT imtahanı ilə hazırki SAT imtahanı arasındakı fərqlər:
 
- Digital SAT imtahanı elektron formada kompüterlər vasitəsilə təşkil olunacaq;
- Hal hazırda SAT imtahanının cavabları ən tez 1-2 həftəyə elan edilirdisə, Digital SAT imtahanının nəticələri 24 saat ərzində elan ediləcək;
- Digital SAT imtahanının müddəti 2 saat davam edəcək;
- Digital SAT imtahanı artıq hər bölməsi 2 moduldan ibarət olacaqdır.
 
2023-cü ilin yazından etibarən istifadə ediləcək Digital SAT imtahanının qiymətləndirilməsi hal hazırki SAT imtahanının qiymətləndirilməsilə eyni olacaqdır.
 
Bu dəyişikliklərin nəticəsində SAT-də texnoloji yenilikləri qəbul edərək, rəqəmsal formata keçməyi qəbul etmiş nəticədə həm tələbələri, həm də öz işlərini asanlaşdırmışdır. Nəticə etibarilə artıq buradan yaranan bir çox neqativ halların qarşısını almış olacaqdır.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et