img
img

YÖS Nədir? YÖS imtahan Şərtləri

img
Kurslar

YÖS Nədir? YÖS imtahan Şərtləri

YÖS - Türkiyə universitetlərində təhsil almaq istəyən xarici tələbələr üçün imtahandır. 
İmtahan 1981-ci ildən 2010-cu ilə qədər Qiymətləndirmə, Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən idarə olunub, lakin sonradan YÖS, YÖSM əvəzinə universitetlərin özləri tərəfindən təşkil olunmağa başlandı.
Türkiyədəki universitetlərin tətbiq etdiyi YÖS imtahan nəticələri iki il, bəziləri isə bir il qüvvədə qalır. İmtahan nəticələri yalnız imtahanın keçirildiyi universitet daxilində etibarlıdır və bəzi istisna hallar ola bilər. Hər semestr fərqli olsa da, bəzi universitet şöbələri və birlikləri bir-birlərinin imtahanlarını qəbul edir və eyni YÖS balı ilə fərqli universitet şöbələrinə müraciət edə bilərlər. 

YÖS imtahanı hansı mərhələlərdə keçirilir?
İmtahan iki mərhələdən ibarət olur.
Riyaziyyat və Məntiq
Türk dili

İmtahan 80 sualdan ibarət olur. Sualların 45–i Məntiq, 35–i isə Riyaziyyat fənnindən olur. Təhsilini Türkiyədə almaq istəyən tələbələrdən Türk dili imtahanı tələb olunur. İmtahan 4 əsas meyar üzrə qiymətləndirilir. Bunlara “oxuma, dinləmə, yazmaq, danışmaq” aiddir. Riyaziyyat və Məntiq üçün 90 dəqiqə, Türk dili üçün isə 60 dəqiqə vaxt verilir.
İmtahan balları hesablanarkən bir çox universitetlərin imtahanlarında namizədlərin suallarına verdiyi düzgün və səhv cavablar hesablanır. Universitetlər səhv cavabların sayının dörddə birini düzgün cavabların sayından çıxararaq xalis xalları hesablayır və bu xalis xalları 100-dən bala çevirir.  Lakin bəzi universitetlər namizədlərin yalnız düzgün cavablarının sayını nəzərə alır və düzgün cavabların sayına görə bal hesablamasını müəyyən edirlər.
YÖS imtahanı üçün maksimum nəticə 100 baldır.

YÖS imtahanına müraciət üçün tələb olunan şərtlər hansılardır?
Dövlət xaricindəki(vətəndaşlar və qaçqınlar da daxil olmaqla) son bir ildə Türkiyə universitetlərində və ya həmin universitetlərə bərabər bir məktəbdə təhsil almaq və ya belə bir məktəb bitirmiş olmaq.
Seçmək istədikləri ali təhsil müəssisələrinin müəyyənləşdirdikləri qeyd şərtlərini yerinə yetirməlidirlər. Hər bir universitetin şərtləri dəyişə bilər.

YÖS üçün müraciət tarixi nə vaxtdır?
YÖS imtahanına müraciətlər adətən Mart-İyun ayları arasında olur. Bu aylar arasında universitetlər müraciət tarixlərini, imtahan vaxtlarını, qəbul yerlərini açıqlayırlar ki, siz bu məlumatları seçmiş olduğunuz universitetlərin səhifəsindən oxuya bilərsiniz. Lakin deyildiyi kimi bu il üçün şərtlər dəyişdirilmişdir və artıq hər bir universitet özü imtahan götürə bilməyəcəkdir.

YÖS imtahanında ən çox üstünlük verilən bölmələr 
Tibb fakültəsi (Türkcə) 
Tibb fakültəsi (İngiliscə) 
Diş həkimi
Biznes 
Hüquq fakültəsi
İqtisadiyyat 
EEG
Psoxologiya – PDR
Memarlıq
Baytarlıq 

YÖS imtahanının nəticələri onlayn olaraq Universitetlərin rəsmi veb saytlarında YÖS imtahanlarından sonra təxminən 3 həftə ilə 6 həftə arasında elan olunur.

Xidmətlərimizdən Yararlanmaq üçün

Müraciət et