İngilis Dili Səviyyələri Hansılardır?- 5 Dəqiqəyə Özünü Yoxla!

Event
13 Oct 2025 12:22
admin

İngilis dili səviyyələri haqqında olan suallar aktual suallardan biridir. Öyrənməyə başlayanda qarşınıza ilk çıxan suallardan biri olur: mənim dil səviyyəm hansıdır? Əslində, bu sual həm kurs seçərkən, həm də xaricdə təhsil və iş müraciətlərində çox vacib olur. Çünki, ingilis dili səviyyələri sadəcə A1, B1 və ya C1 hərflərindən ibarət deyil – onlar sizin dil biliklərinizin real göstəricisidir.


Bu bloqda həm bu səviyyələrin hamısını addım-addım izah edəcəyik, həm də 5 dəqiqəlik sadə testlə səviyyənizi yoxlaya biləcəksiniz. Hazırsınızsa, başlayaq! 

İngilis dili seviyyeleri nədir və niyə vacibdir?

İlk öncə, gəlin anlayışın özünü izah edək. “İngilis dili seviyyeleri” termini CEFR (Common European Framework of Reference for Languages) standartına əsaslanır. Bu sistem bütün dünyada qəbul olunub və ingilis dili də daxil olmaqla bir çox dillərdə öyrənmə mərhələlərini A1-dən C2-yə qədər müəyyənləşdirir.

Bu səviyyələr niyə bu qədər vacibdir? Çünki siz:

  • İngilis dili kursuna yazılarkən;

  • Xaricdə universitetə qəbul olarkən;

  • Beynəlxalq şirkətdə işə müraciət edərkən

    öz səviyyənizi düzgün göstərməlisiniz.

Əgər sizə “Intermediate” deyiblər, amma siz əslində “A2” səviyyəsindəsinizsə, bu həm vaxt itkisi, həm də motivasiya itkisi deməkdir. Bu səbəbdən ingilis dili seviyyeleri üzrə real qiymətləndirmək çox önəmlidir.

CEFR sisteminə görə ingilis dili səviyyələri hansılardır?

İndi isə gəlin ingilis dili səviyyələri hansılardır, təfərrüatlı şəkildə tanıyaq. Burada həm öyrənmə mərhələsini, həm də real həyatda bu səviyyənin nəyə imkan verdiyini izah edəcəyik.

A1 səviyyə – Başlanğıc (Beginner)

Bu səviyyə ingilis dilinə yeni başlayanlar üçündür. Yəni, bu səviyyə ingilis dili hələ çox sadədir: hello, thank you, good morning, book, school və s.

Bu səviyyədə siz:

  • Özünüzü təqdim edə bilərsiniz (“My name is Ali. I am from Azerbaijan.”)

  • Sadə suallar verib cavablandıra bilərsiniz (“Where are you from?” – “I am from Baku.”)

  • Günlük ifadələri anlaya bilərsiniz (məsələn, “How are you?” və ya “See you soon!”)

A1 səviyyəsində məqsəd qorxunu aradan qaldırmaq və ünsiyyətin təməlini qoymaqdır.

A2 səviyyə – Elementar (Elementary)
“I like cooking and listening to music.”

Artıq bir az irəliləmisiniz! Bu səviyyədə siz sadə dialoqları qura, gündəlik həyatdan danışa bilirsiniz. Məsələn, restoran, mağaza və ya səyahət zamanı qarşılaşdığın situasiyalarda özünüzü ifadə edə bilirsiniz.

Bu səviyyədə öyrəndiyiniz sözlər artıq 1000-1500 arası olur və cümlələrin bir qədər uzanır:

“I went to the park yesterday. It was very beautiful.”

Bu mərhələdə dil biliklərini praktikləşdirmək vacibdir. İngilis filmlərinə baxmaq və sadə mətnlər oxumaq sizi B1 səviyyəsinə aparacaq.

B1 səviyyə – Orta (Intermediate)
Məsələn:
“If I had more time, I would travel abroad.”

İndi artıq siz öz fikrinizi sərbəst ifadə edə bilirsiniz. Bu səviyyədə danışıqda axıcılıq artır, amma qrammatik səhvlər hələ də ola bilər.

“I have been learning English for two years.”

B1 səviyyəsində siz:

  • İş və təhsil mövzularında rahat danışa bilərsiniz;

  • Qısa esse və e-mail yaza bilərsiniz;

  • Filmlərin əsas məğzini başa düşə bilərsiniz.

Buradan etibarən artıq TOEFL və IELTS hazırlığına başlamaq mümkündür. Çünki, ingilis dili səviyyələri arasında B1 sizə bu imkanı təqdim edir.

B2 səviyyə – Üst orta (Upper-Intermediate)
Məsələn:
“Although it was raining, we decided to go out.”

Bu səviyyədə siz artıq peşəkar və akademik məqsədlər üçün dili istifadə edə bilirsiniz.

“The main advantage of online education is flexibility.”

B2 səviyyəsində siz:

  • Rahatlıqla diskussiya aparırsınız;

  • Qrammatikanı və söz ehtiyatını yaxşı bilirsiniz;

  • Xarici insanlarla təbii ünsiyyət qurmaqda çətinlik çəkmirsiniz.

Bu səviyyə çox iş elanlarında və təhsil proqramlarında minimum tələb kimi göstərilir.

C1 səviyyə – İrəli (Advanced)
C1 səviyyəsində siz:

Əgər bu səviyyəyə çatmısınızsa, artıq dili demək olar ki, yerli səviyyədə bilirsiniz.

  • Fikrinizi dəqiq və məntiqli ifadə edirsiniz;

  • Peşəkar yazışmalarda, təqdimatlarda, akademik esse yazılarında rahat davranırsınız;

  • Dinlədiyiniz hər şeyi asanlıqla anlayırsınız.

Məsələn:

“Despite the challenges, continuous learning helps individuals adapt to change.”

C1 səviyyəsi sizin peşəkar və intellektual səviyyədə ingilis dili ilə rahat işlədiyinizi göstərir.

C2 səviyyə – Ana dili səviyyəsində (Proficient)

Bu səviyyəyə çox az adam çatır. Bütün mətnləri, dialoqları, zarafatları və mədəni nüansları başa düşürsünüz. Məsələn, siz ingilis dilində film izləyərkən tərcüməyə ehtiyac duymursunuz.

Bu səviyyə akademik və diplomatik fəaliyyətlər üçün ideal hesab olunur.

İngilis Dili Səviyyə Testi - 5 Dəqiqəyə Nəticə

İndi ingilis dili səviyyə testi ilə öz səviyyənizi sınaqdan keçirək! Aşağıdakı qısa suallar sizin hansı mərhələdə olduğunuzu göstərə bilər. Sadəcə cavabları kağıza yazın və sonda qiymətləndirək.

1. Sadə sual (A1 səviyyəsi):

What’s your name?

a) Yes, I do.

b) My name is Ali.

c) I am student.

2. Qısa cümlə (A2 səviyyəsi):

Choose the correct sentence:

a) I going to school.

b) I go to school every day.

c) I goes to school every day.

3. Orta səviyyə (B1):

Choose the right form:
“If I ___ time, I will call you.”
a) have
b) has
c) had

4. Yüksək səviyyə (B2):

Choose the correct sentence:

a) Although it was raining, we decided to go out.

b) Although was raining, we decided go out.

c) Although it was rain, we decided going out.

5. İrəli səviyyə (C1):

Choose the best sentence:

a) Despite of the rain, we enjoyed the concert.

b) In spite of the rain, we enjoyed the concert.

c) Although the rain, we enjoyed the concert.

Bu cümlələri ingilis dilinə tərcümə edin:

  1. "Mən hər səhər məktəbə gedirəm."

  2. "Əgər hava sabah yaxşı olsa, biz piknikə gedəcəyik."

  3. "O, bütün çətinliklərə baxmayaraq məqsədindən heç vaxt dönmədi."


Düzgün cavablar

1

B

2

B

3

A

4

A

5

B


Tərcümələr

  1. I go to school every morning.

  2. If the weather is good tomorrow, we will go for a picnic.

  3. Despite all the difficulties, he never gave up on his goal.

Şəkillər:

Tez tez verilən suallar